Ana Sayfa > Karusel / Kriminal > Azərbaycanlını silahla hədələyib 27 min dollarlıq saatını aldılar

Azərbaycanlını silahla hədələyib 27 min dollarlıq saatını aldılar


3-01-2018, 11:11. Yazar: Admin

 

Azərbaycanlını silahla hədələyib 27 min dollarlıq saatını aldılar

"Qarabaginfo" “Qafqazinfo"ya istinadən xəbər verir ki, iş adamının sözlərinə görə, həmin şəxslər Glock markalı silahla hədə-qorxu gələrək ondan  “Mercedes” markalı avtomobilini, 27 min dollar dəyərindəki 2 qol saatını alıblar. Qırx min dollar müqabilində isə aldıqlarını geri qaytaracaqlarını bildiriblər. 

Polisin keçirdiyi əməliyyat çərçivəsində xuliqanlıq edən şəxslərlə iş adamının Fatihdəki AVM-lərin birində görüşü təşkil edilib. Kafedə baş tutan görüşdə 2 azərbaycanlı və onlara yardım edən 2 Türkiyə vətəndaşı saxlanılıb. 

Azərbaycanlılar məhkəməyə çıxarılıblar və haqlarında həbs qərarı verilib. 


Geri dön