“Qarabağ”–“Çelsi” oyunu ilə əlaqədar Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.
Bu barədə Qarabaginfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.