Ana Sayfa > Karusel / Dünya > Koreya Rusiyaya daha 5 min hərbçi göndərir

Koreya Rusiyaya daha 5 min hərbçi göndərir


Bu gün, 10:23. Yazar: Admin

Koreya Rusiyaya daha 5 min hərbçi göndərir

Şimali Koreya ordusunun mühəndis bölməsinin təxminən 5000 əsgəri hərbi əməliyyatlar nəticəsində dağıdılmış infrastrukturun bərpasına kömək etmək üçün Rusiyaya göndəriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinə istinadla məlumat yayıb.

“Daha 1000 hərbi qulluqçu ərazilərin minalardan təmizlənməsi üzrə ixtisaslaşacaq”, - məlumatda deyilib.

 


Geri dön