Gürcüstanın Baş naziri İrakli Kobaxidze Şanxayda Çin Xalq Respublikasının Baş naziri Li Çianla görüşüb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Kobaxidze "X" hesabında bildirib.
Onun sözlərinə görə, görüşdə ikitərəfli münasibətlərin dayanıqlı inkişafı və strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Gürcüstan hökumətinin yaydığı məlumata əsasən,
tərəflər "Bir kəmər, bir yol" təşəbbüsü və Orta Dəhlizin inkişafı çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıblar.
Kobaxidze bildirib ki, Gürcüstan Orta Dəhlizin vacib bir hissəsi kimi regional əlaqəni və ticarəti daha da inkişaf etdirmək üçün Çinlə əməkdaşlığı genişləndirməyə hazırdır.
Qeyd edək ki, Kobaxidze çinli həmkarının dəvəti ilə Şanxayda səfərdədir. O, sabah Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edəcək. Gürcüstan builki sərgiyə fəxri qonaq qismində qatılıb.