Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanda TDT ölkələrinin birgə hərbi təlimi keçiriləcək

Azərbaycanda TDT ölkələrinin birgə hərbi təlimi keçiriləcək


Bu gün, 10:25. Yazar: Admin

Azərbaycanda TDT ölkələrinin birgə hərbi təlimi keçiriləcək

 

Bu ilin oktyabr ayının 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.

Tədbirdə ən çox diqqət çəkən məqamlardan biri Prezident İlham Əliyevin TDT-yə üzv ölkələr arasında hərbi, müdafiə və təhlükəsizliyə dair əməkdaşlığını nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda birgə hərbi təlimlər keçirməsini təklif etməsi olub.

Qarabaginfo.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev Modern.az-a bildirib ki, gələn Türk Dövlətləri Təşkilatının birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsi aktual məsələdir.

Hərbi ekspert vurğulayıb ki, kimin nə deməsindən və istəməsindən asılı olmayaraq, Türk Dövlətləri Təşkilatı dünyanın yeni güc mərkəzinə çevrilir:

“Belə bir güc mərkəzinin yaranması üçün ən vacib elementlərdən biri təşkilat üzvlərinin iştirakı ilə müxtəlif tədbirlərin, o cümlədən də hərbi təlimlərin keçirilməsidir. Təbii ki, bu tədbirlərin keçirilməsi beynəlxalq aləmdə müəyyən rezonanslar doğuracaq. Belə bir güc mərkəzinin birliyi və bərabərliyini, ortaq təhlükəsizlik konsepsiyasını ortaya qoymaq üçün real addımlar artıq atılır. Türk Dövlətləri Təşkilatı heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. Bu təşkilatın qapıları digər ölkələr üçün də açıqdır. Üçüncü ölkələr də bu təşkilata müşahidəçi və ya tam üzv ola bilər".

Ə.Verdiyev hərbi təlimlərin məqsədləri barədə bunları deyib:

"Türk Dövlətləri Təşkilatının hərbi təlimləri regional təhlükəsizlik, terrorizmə qarşı ortaq mübarizə, dövlətlər arasında hərbi sahədə koordinasiya və bu ölkələrin silahlı qüvvələrinin birgə əməliyyat bacarıqlarının artırılmasına yönələcək. Türk Dövlətləri Təşkilatının birgə təlimləri üzv olan qardaş, dost və müttəfiq ölkələrin hərbi strukturları arasında qarşılıqlı əlaqələri daha üst səviyyəyə çıxaracaq".


Geri dön