Ana Sayfa > Karusel / İqtisadiyyat > Onlar üçün icbari tibbi sığortahaqqı azaldılır

Onlar üçün icbari tibbi sığortahaqqı azaldılır


Dünən, 17:47. Yazar: Admin

 

Sığorta sistemi: Mövcud vəziyyət və perspektivlər - "İki sahil"

Gələn il üçün özəl sektorda çalışanların icbari tibbi sığortahaqqını ödəmə qaydasına dəyişiklik edilir.

Qarabaginfo.az-ın məlumatına görə, bu, “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə - sığortalı tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0.5% sığorta haqqı tutulacaq.

Həmçinin sığortaolunan tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0.5% sığorta haqqı tutulacaq.

Qeyd edək ki, hazırda qüvvədə olan qaydaya görə, sığortaolunan və sığortaedənin hər biri üçün əməkhaqqı 8000 manatadək olduqda sığortahaqqı 2%, əməkhaqqı 8000 manatdan çox olduqda isə 0.5% sığortahaqqı tutulur.


Geri dön