"Pekin Tayvana qarşı heç bir addım atmağı planlaşdırmır, çünki əks halda onun bunu cavabsız qoymayacağını yaxşı anlayır."
Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “CBS News” telekanalına müsahibəsində deyib.
“Onlar hansısa addım atacaqları təqdirdə nə baş verəcəyini çox yaxşı başa düşürlər. Si Cinpin də və onun nümayəndələri də görüşlərdə bildiriblər ki, Tramp prezident olduğu müddət ərzində onlar heç nə etməyəcəklər. Onlar bilirlər ki, bunun nəticələri olacaq”, – Tramp bildirib.