ABŞ Çini etibarsız hesab edərək, bu ölkədən gələn nadir metallarından asılılığını azaltmaq üçün çalışacaq.
Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.
Bessent “Financial Times” qəzetinə verdiyi müsahibədə Vaşinqtonun iki il ərzində Çinin nadir metallarına alternativ tapacağına əminliyini ifadə edib.
Onun sözlərinə görə, Çinin nadir metallar sektorunda ABŞ üzərindəki təsiri 12-24 aydan çox davam etməyəcək.
"Növbəti bir-iki il ərzində işıq sürəti ilə hərəkət edərək Çinin bizim və dünyanın üzərimizə qaldırdığı qılıncdan xilas olacağıq", - Bessent deyib.