Ana Sayfa > Karusel / Dünya > Tramp Ağ Evdə Suriya liderini qəbul edəcək

Tramp Ağ Evdə Suriya liderini qəbul edəcək


2-11-2025, 08:54. Yazar: Admin

 

ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriya keçid dövrü prezidenti Əhməd əl-Şaraanı qəbul edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Türkiyədəki səfiri və Suriyə üzrə xüsusi nümayəndəsi Tom Barrak Axios portalına açıqlamasında təsdiqləyib.

Məlumata görə, Əhməd əl Şaraa Vaşinqtona səfəri zamanı Suriya tərəfinin ABŞ-ın rəhbərlik etdiyi “İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya” qoşulmasını nəzərdə tutan sənədləri imzalayacağı gözlənilir.

Portal qeyd edir ki, bu, Suriyanın prezidentinin Ağ Evə ilk rəsmi səfəri olacaq.


Geri dön