Türkiyə NATO-nun Baltik hava patrul missiyasında iştirak edəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan məlumat yayıb.
“Türkiyə NATO-nun şərq cinahındakı müttəfiqləri ilə həmrəy şəkildə hərəkət edir. Bu çərçivədə gələn il NATO-nun Baltik Hava Patrul missiyasında iştirak etməyi planlaşdırırıq”, - o deyib.