Ana Sayfa > Karusel / Kriminal > Vüqar Məmmədov həbs edildi

Vüqar Məmmədov həbs edildi


Dünən, 20:30. Yazar: Admin

vuqar-memmedov-hebs-edildi

“Hurriyyet TV”də keçirilən əməliyyatla saxlanılan saytın rəhbəri Vüqar Məmmədov həbs edilib.

Qarabaginfo.az-ın məlumatına görə, Səbail Rayon Məhkəməsi belə qərar çıxarıb.

Hakim Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatətini əsaslı hesab edib. V.Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən gün DTX “Hurriyyet TV”-də əməliyyat keçirib. Ofisdə axtarış zamanı iş üçün əhəmiyyətli kompüter və bəzi sənədlər götürülüb. Vüqar Məmmədovun Ramiz Mehdiyevin cinayət işi ilə bağlı tutulduğu ehtimal edilir.


Geri dön