Ana Sayfa > Karusel / Cəmiyyət > Fərid Əhmədov Gəncədə vətəndaşları qəbul edib

Fərid Əhmədov Gəncədə vətəndaşları qəbul edib


Dünən, 16:02. Yazar: Admin

Fərid Əhmədov Gəncədə vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov 30-31 oktyabr tarixlərində Gəncə şəhərində vətəndaşları qəbul edib.

Nazirliyin Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Qəbulda Gəncə şəhər və Samux, Göygöl, Daşkəsən, Goranboy, Naftalan, Kəlbəcər rayonlarından ümumilikdə 118 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

 


Geri dön