| 
Rusiya ordu qüvvələri xarici jurnalistlərin keçidini təmin etmək üçün Krasnoarmeysk, Dimitrov və Kupyanskda hərbi əməliyyatları 5-6 saat dayandırmağa hazırdır. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. "Rusiya komandanlığı, zərurət yaranarsa, bu ərazilərdə hərbi əməliyyatları beş-altı saat müddətinə dayandırmağa və Ukrayna jurnalistləri də daxil olmaqla, xarici media nümayəndələri üçün maneəsiz giriş-çıxış dəhlizləri təmin etməyə hazırdır", - deyə bildirilib. Qeyd edilir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələri tərəfindən Krasnoarmeysk, Dimitrov və Kupyanskda mühasirəyə alınan ərazilərə xarici jurnalistlərin maneəsiz keçidini təmin etməyi əmr edib.   Geri dön
 |