Ana Sayfa > Karusel / Dünya > Dünyada son sutkada koronavirusa 616 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 616 mindən çox yoluxma qeydə alınıb


3-01-2021, 10:11. Yazar: Admin

 

Dünyada son sutkada koronavirusa 616 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada 616 069nəfər koronavirusa yoluxub, 10 697 nəfər ölüb. 

Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 82 579 768 yoluxma hadisəsi, 1 818 849 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 56 faizdən çoxu Şimali və Cənubi Amerikanın (348 200) payına düşür. Digər yerləri isə Avropa (206 848), Cənub-Şərqi Asiya (29 892) bölüşür.(TASS)

 


Geri dön