Ana Sayfa > Karusel / Dünya > Zelenski Rusiyanın Ukraynaya son zərbələrinə reaksiya verib: ölənlər və onlarla yaralı var

Zelenski Rusiyanın Ukraynaya son zərbələrinə reaksiya verib: ölənlər və onlarla yaralı var


Bu gün, 14:56. Yazar: Admin

Zelenski Rusiyanın Ukraynaya son zərbələrinə reaksiya verib: ölənlər və onlarla yaralı var

650-dən çox pilotsuz uçuş aparatı və müxtəlif tipli 50-dən artıq raketlə Ukraynaya edilən hava hücumu nəticəsində dinc sakinlər arasında ölənlər və yaralananlar var.

qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.

Zelenski bildirib ki, Zaporojye şəhərində yaşayış binaları zədələnib, yataqxanada dağıntılar var. Hücum nəticəsində onlarla insan yaralanıb, o cümlədən beş uşaq xəsarət alıb. İki nəfərin həlak olduğu bildirilir. Ladijin şəhərində yeddi yaşlı oğlan uşağı ağır yaralanıb.

Dövlət başçısı qeyd edib ki, hücumlar enerji infrastrukturu və gündəlik həyat obyektlərinə də zərbə vurub. Zərərçəkmiş bölgələr arasında Vinnitsa, Kiyev, Mikolayiv, Çerkası, Poltava, Dnepr, Çerniqov, Sumı, İvano-Frankivsk və Lvov vilayətləri var. Hazırda enerji və su təchizatının bərpası istiqamətində operativ tədbirlər görülür.

Ukrayna Prezidenti “Rusiyanın dinc əhaliyə qarşı hücumları davam etdirdiyini bildirib və beynəlxalq ictimaiyyəti təcavüzkara” qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb.

“Rusiya bu hücumlara görə konkret nəticələrlə üzləşməlidir — yeni sanksiyalar və real iqtisadi təzyiqlər vacibdir”, - Ukrayna Prezidenti əlavə edib.


Geri dön