Ana Sayfa > Karusel / İqtisadiyyat > Türkiyə “Eurofighter Typhoon” təyyarələri üçün 5,4 milyard funt sterlinq ödəyəcək

Türkiyə “Eurofighter Typhoon” təyyarələri üçün 5,4 milyard funt sterlinq ödəyəcək


Bu gün, 14:54. Yazar: Admin

Türkiyə “Eurofighter Typhoon” təyyarələri üçün 5,4 milyard funt sterlinq ödəyəcək

Türkiyə Böyük Britaniyadan alacağı 20 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi üçün 5,4 milyard funt sterlinq məbləğində ödəniş edəcək.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirliyin məlumatında qeyd olunur ki, təchizat çərçivəsində 20 ədəd yeni istehsal “Eurofighter Typhoon” təyyarəsi, bu təyyarələrə aid tapşırıq avadanlıqları və müxtəlif növ sursatlar daxil olmaqla, layihənin ümumi dəyəri təxminən 5,4 milyard funt sterlinqdir.

Açıqlamada həmçinin bildirilib ki, Hərbi Hava Qüvvələrinin əməliyyat ehtiyaclarının qarşılanması məqsədilə Qətər və Omandan təmin ediləcək “Eurofighter Typhoon” təyyarələri ilə bağlı işlər də davam etdirilir.


Geri dön