ABŞ məhkəməsi 3 azərbaycanlını iranlı dissidentə qarşı sui-qəsd cəhdinə görə 25 illik həbs cəzasına məhkum edib.
Qarabaginfo.az bildirir ki, bu barədə Reuters məlumat yayıb.
İki azərbaycanlı – 46 yaşlı Rafət Əmirov və 41 yaşlı Polad Ömərov həbsxana geyimində Manhettendə ABŞ hakim Kollin MakMahonun qarşısına çıxarılıb.
Məhkəmə onları ABŞ-da yaşayan iranlı hüquq müdafəçisi, İranın qadınlara münasibətinin açıq tənqidçisi olan Məsih Əlinejada qarşı 2022-ci ildə sui-qəsd planında iştirakda ittiham edib. Onlar qətl cəhdi, çirkli pulların yuyulması və sui-qəsddə – günahkar bilinib.
Əlinejad arxasında əyləşmiş bir dəstə tərəfdarı ilə məhkəməyə müraciət edərək, Əmirov və Ömərovun onun həyatını alt-üst etdiyini, lakin onu sındıra bilmədiklərini söyləyib.
“Amerikaya gəlmək və normal bir həyat sürmək üçün okeanı keçdim, amma normal bir həyatım yoxdur”, – deyə Əlinejad kürsüdən çıxarkən alqışlarla qarşılanıb.
Əmirov və Ömərovun vəkilləri müştərilərinin Tehranla əlaqələrini və sui-qəsddəki rollarını kiçiltməyə çalışaraq yumşalma tələb ediblər. Prokurorlar bildiriblər ki, İranın elit İnqilab Keşikçiləri Korpusu 2009-cu ildə İrandan qaçan Əlinejada qarşı uğursuz sui-qəsd üçün Əmirova və Ömərova 500.000 dollar ödəyib.
Əmirov və Ömərovla birlikdə üçüncü şəxs olan Xalid Mehdiyev də ittiham olunaraq qətl cəhdində və qanunsuz silah saxlamada günahkar bilinib.
Özünü rus mafiya üzvü adlandıran şəxs məhkəmədə Əlinejadı öldürməyə çalışdığını bildirib.
Mehdiyev 2022-ci ildə Əlinejadın evinə AK-47 avtomatı və maşınında xizək maskası ilə basqın etdikdən sonra həbs edilib. O, hökmün çıxarılmasını gözləyir.
