Ana Sayfa > Karusel / Region > Rusiya ilə Türkiyə arasında turist bərəsi 14 illik fasilədən sonra fəaliyyətini bərpa edib

Rusiya ilə Türkiyə arasında turist bərəsi 14 illik fasilədən sonra fəaliyyətini bərpa edib


29-10-2025, 17:26. Yazar: Admin

Rusiya ilə Türkiyə arasında turist bərəsi 14 illik fasilədən sonra fəaliyyətini bərpa edib

14 illik fasilədən sonra Rusiya ilə Türkiyə arasında turist bərəsi fəaliyyətə başlayır.

Qarabaginfo.az xəbər ki, Soçi-Trabzon dəniz bərə marşrutu uzun fasilədən sonra xidmətini bərpa edir. 14 illik fasilədən sonra kurort bərəsinin turistləri daşıyan ilk səfəri 5 noyabr tarixinə planlaşdırılır. Səyahət müddəti təxminən 12 saatdır və səfərlər həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək. Bərə 450 sərnişinə qədər yer tuta bilər, biletlərin qiyməti isə 6000 rubldan başlayır.

Qeyd edək ki, Soçidən Trabzona gedən bərə xətti 1993-cü ildən 2011-ci ilə qədər fəaliyyət göstərib.


Geri dön