Ana Sayfa > Karusel / Region > Gürcüstan və Özbəkistan XİN rəhbərləri Orta Dəhlizi müzakirə edib

Gürcüstan və Özbəkistan XİN rəhbərləri Orta Dəhlizi müzakirə edib


Bu gün, 17:02. Yazar: Admin

Gürcüstan və Özbəkistan XİN rəhbərləri Orta Dəhlizi müzakirə edib

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Səmərqənddə özbək həmkarı Bəxtiyar Səidovla görüşüb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüşdə Gürcüstanla Özbəkistan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı səfərlərin dinamikası vurğulanıb.

XİN başçıları Avropa ilə Asiya arasında bağlılıq baxımından Gürcüstanın mühüm rolunu və Orta Dəhlizin inkişaf perspektivlərini də müzakirə ediblər. Son illərdə Gürcüstanla Özbəkistan arasında ticarət dövriyyəsinin, həmçinin Gürcüstana səfər edən özbək turistlərin sayının artması məmnunluqla qeyd edilib.

Tərəflər müzakirələr zamanı regionda və dünyada təhlükəsizlik və çağırışlarla bağlı məsələləri də nəzərdən keçiriblər. Nazirlər bu istiqamətdə birgə səylərin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, M.Boçorişvili UNESCO-nun Səmərqənd şəhərində keçiriləcək 43-cü Baş Konfransında iştirak etmək üçün Özbəkistanda səfərdədir.


Geri dön