Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Cəbrayıl şəhərindəki 2-ci və 3-cü yaşayış komplekslərinin layihə sənədləri paylaşılıb
Ana Sayfa > Karusel / Qarabağ > Cəbrayıl şəhərindəki 2-ci və 3-cü yaşayış komplekslərinin layihə sənədləri paylaşılıb

Cəbrayıl şəhərindəki 2-ci və 3-cü yaşayış komplekslərinin layihə sənədləri paylaşılıb


Dünən, 16:46. Yazar: Admin

Cəbrayıl şəhərindəki 2-ci və 3-cü yaşayış komplekslərinin layihə sənədləri paylaşılıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Cəbrayıl şəhərində inşa ediləcək 2-ci və 3-cü yaşayış komplekslərinin layihə sənədlərini paylaşıb.

Qarabaginfo.az xəbər verir ki, oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulan komplekslərin Komitə nəzdində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirildiyi bildirilib.

Layihəyə əsasən, ümumən 10 hektardan artıq ərazidə salınacaq hər iki kompleksdə 50-yə yaxın 5, 6 və 7 mərtəbəli bina inşa ediləcək. Zəruri sosial infrastrukturla təchiz ediləcək binalar 1-5 otaqdan ibarət 1361 mənzili əhatə edəcək.


Geri dön