Ermənistan parlamentinin sədri Alen Simonyan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aleksandra Pamela Koulu qəbul edib.
Qarabaginfo.az News.am saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Ermənistan və Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərin və parlamentlərarası əlaqələrin inkişafı məsələləri, həmçinin regional hadisələr və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.