Ana Sayfa > Karusel / Region > Ermənistan hökuməti Müstəqillik bəyannaməsində müəyyən problemlər görür

Ermənistan hökuməti Müstəqillik bəyannaməsində müəyyən problemlər görür


Bu gün, 14:00. Yazar: Admin

Arayik Arutyunyan

 

Ermənistan Baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan Ermənistanın Müstəqillik bəyannaməsində müəyyən problemlər görür.

Qarabaginfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Arutyunyan parlamentdə jurnalistlərlə söhbətində bildirib.

“Mən hesab edirəm ki, Müstəqillik bəyannaməsində müəyyən problemlər var”, - Arutyunyan qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan 2024-cü ilin noyabrında bəyan edib ki, o, Ermənistanın Müstəqillik bəyannaməsinin məzmununda Ermənistan Respublikasının mövcud ola bilməyəcəyi qənaətinə gəlib: “Son illər bizim Müstəqillik bəyannaməmizi bir neçə dəfə oxumuşam. Və belə bir nəticəyə gəlmişəm ki, həmin Müstəqillik bəyannaməsinin məzmunu Ermənistan Respublikasının mövcud ola bilməyəcəyindən ibarətdir. Və bu, bizim ən böyük problemimiz və faciəmizdir”, - Paşinyan bildirib.

Qeyd edək ki, Müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır.

Belə ki, Müstəqillik haqqında bəyannamədə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var.

Azərbaycan isə buna kəskin etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.


Geri dön