Ana Sayfa > Karusel / İqtisadiyyat > Bilal Türkmen: Rəqəmsal bankçılığın inkişafı üçün sığorta infrastrukturu qurulmalıdır

Bilal Türkmen: Rəqəmsal bankçılığın inkişafı üçün sığorta infrastrukturu qurulmalıdır


Dünən, 12:42. Yazar: Admin

Bilal Türkmen: Rəqəmsal bankçılığın inkişafı üçün sığorta infrastrukturu qurulmalıdır

“Rəqəmsal bankçılığın inkişafı üçün onu dəstəkləyəcək sığorta infrastrukturu da qurulmalıdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin Des-Tech & Affinity Box şirkətinin baş direktoru Bilal Türkmen Bakıdakı Türk Dövlətləri InsurTech Zirvəsində çıxışında deyib.

O bildirib ki, sığorta prosesi bütün ölkələrdə eyni prinsiplərlə işləyir, buna görə də Türk dövlətləri arasında ümumi texnoloji baza və anlayış dili formalaşdırmaq mümkündür.

Bilal Türkmenin fikrincə, gələcəyin uğurlu maliyyə ekosistemi yalnız texnologiyaya deyil, işi dərindən bilib onu düzgün sistem arxitekturasına çevirmək bacarığına əsaslanacaq:“Texnologiya zəruri şərtdir, amma həlledici olan biznesi anlamaq və onu gələcəyə uyğun dizayn etməkdir”.


Geri dön