Ana Sayfa > Karusel / İdman > "Qarabağ" - "Çelsi" oyununun biletləri sabah satışa çıxarılır

"Qarabağ" - "Çelsi" oyununun biletləri sabah satışa çıxarılır


Dünən, 17:07. Yazar: Admin

"Qarabağ" - "Çelsi" oyununun biletləri sabah satışa çıxarılır

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununun biletləri sabah satışa çıxarılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Satışa oktyabrın 29-da saat 15:00-dan start veriləcək.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar 1000 manatdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.


Geri dön