Ana Sayfa > Karusel / Sosial > Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırılıb

Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırılıb


Dünən, 13:07. Yazar: Admin

Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.

Bu barədə Qarabaginfo.az-a Nazirlikdən məlumat verilib.

Oktyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiyaları, oktyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin oktyabr ayı üzrə pensiyaları, bu gün isə oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.


Geri dön