Ana Sayfa > Karusel / Qarabağ > 1992-ci itkin düşən şəhid Abdulla Quliyevin qalıqları dəfn olunub

1992-ci itkin düşən şəhid Abdulla Quliyevin qalıqları dəfn olunub


Dünən, 12:50. Yazar: Admin

 

Picture background

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Abdulla Novruz oğlu Quliyevlə vida mərasimi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Abşeron rayonu, Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, şəhid Abdulla Quliyev 26 oktyabr 1968-ci ildə Göyçayda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. A.Quliyev 8 may 1992-ci ildən Şuşa şəhərində itkin düşmüş hesab edilib.


Geri dön