Ana Sayfa > Karusel / Region > Paşinyan seçkiləri tezləşdirir?

Paşinyan seçkiləri tezləşdirir?


Dünən, 11:45. Yazar: Admin

pasinyan-seckileri-tezlesdirir

Ermənistanın Baş naziri Nikol Paşinyanın komandası onun parlament seçkilərinin vaxtını dəyişmək niyyətində olmasından şübhələnir.  

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb. 

Bildirilib ki, Paşinyanın lideri olduğu “Vətəndaş müqaviləsi” partiyasının seçki qərargahının rəhbərinin və onun təşviqat üzrə müavininin artıq indidən təyin edilməsi partiya üzvləri üçün gözlənilməz olub.

Belə ki, Ermənistan Baş naziri aparatının rəhbəri Araik Arutyunyan seçki qərargahının rəhbəri, Vaaqn Aleksanyan isə onun təşviqat üzrə müavini təyin edilib. 

Bu addım partiya üzvlərini Paşinyanın seçkiləri tezləşdirmək niyyətində olduğunu düşünməyə vadar edib. 

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayına təyin olunub. 


Geri dön