Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan lideri Çexiya Prezidentinə təbrik ünvanlayıb

Azərbaycan lideri Çexiya Prezidentinə təbrik ünvanlayıb


Dünən, 11:15. Yazar: Admin

Prezident İlham Əliyev

 

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, məktubda deyilir:

"Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın rifahı naminə Azərbaycan-Çexiya dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".


Geri dön