Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > Nazir: Ermənistan və Azərbaycan xarici ticarətdə bir-birini tamamlaya bilər
Nazir: Ermənistan və Azərbaycan xarici ticarətdə bir-birini tamamlaya bilərDünən, 19:39. Yazar: Admin |
|
Ermənistan və Azərbaycan xarici ticarətdə bir-birinə rəqib deyil, əksinə bir-birini tamamlaya bilər. Qarabaginfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Qevork Papoyan bildirib. Papoyanın sözlərinə görə, iki ölkə arasında ticarət əlaqələrinin perspektivlərinə dair elmi məqalə hazırlayıblar. Məqalənin yaxın vaxtlarda elmi jurnallardan birində dərc olunacağı gözlənilir. “Xüsusilə göstərmişik ki, Azərbaycanın ixrac etdiyi məhsulların mühüm hissəsi Ermənistanın idxal tələbatına, Ermənistanın ixracı isə Azərbaycanın ehtiyaclarına uyğundur. Yəni biz rəqib deyilik, bir-birimizə bir çox mallar sata bilərik”, – nazir qeyd edib. Papoyan vurğulayıb ki, qarşılıqlı ticarət Ermənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün əsas yarada bilər və siyasi şərait imkan verdiyi halda, bu, hər iki ölkənin iqtisadiyyatına fayda gətirə bilər. Geri dön |