“Onların sahillərində sualtı qayığımız var“.
Qarabaginfo.az bildirir ki, bu sözləri ABŞ prezidenti Tramp Putinin “Burevestnik” nüvə raketinin sınağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Prezident təyyarəsinin göyərtəsində jurnalist Trampdan Rusiyanın “13000 km məsafəyə uça bilən” yeni Burevestnik nüvə raketinin uğurlu sınağı barədə açıqlaması barədə nə düşündüyünü soruşub.
“Onlar bilirlər ki, bizim dünyanın ən yaxşı nüvə sualtı qayığımız var. Ona görə də bizə 13 min kilometr uça bilən raket lazım deyil. Onlar bizimlə oyun oynamırlar, biz də onlarla oyun oynamırıq. Biz daim raket sınaqları keçiririk, amma dediyim kimi, nüvə sualtı qayığımız var. Bu qədər məsafələrə atəş açmağa ehtiyacımız yoxdur. Yeri gəlmişkən, Putinin bu cür açıqlamalarını yersiz hesab edirəm. O, raket buraxmaqdansa dördüncü ilinə yaxınlaşan müharibəyə son qoymalıdır. O, raket sınağı ilə yox, bununla məşğul olmalıdır”, – deyə ABŞ prezidenti cavab verib.
Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Vladimir Putin ABŞ-ın Ukrayna ilə bağlı konsepsiyasını qəbul etməyə və “təklif olunan əsasda praktiki olaraq irəliləməyə” hazırdır. Nazir əlavə edib ki, Moskva və Vaşinqton təklifləri nəzərdən keçirmək üçün fasilə vermək barədə razılığa gəliblər.
