Ana Sayfa > Karusel / Dünya > Moskva istiqamətində uçan 18 Ukrayna PUA-sı vurulub

Moskva istiqamətində uçan 18 Ukrayna PUA-sı vurulub


Bu gün, 08:53. Yazar: Admin

Moskva istiqamətində uçan 18 Ukrayna PUA-sı vurulub - YENİLƏNİB


Moskva istiqamətində uçan 18 Ukrayna pilotsuz uçuş aparatı vurulub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.

O, gecə ərzində Moskvaya uçan 18-ci dronun vurulduğunu söyləyib.

Qeyd edək ki, Moskvaya dron hücumu bir neçə saatdır ki, davam edir. Son iki saat ərzində 17 dronun məhv edildiyi bildirilib.

Moskva vilayətinin Ramenskoye, Kolomna, Klimovsk, Troitsk, Podolsk, Voskresenskoe, Aprelovka və Domodedovo şəhərlərində partlayışlar olduğunu bildirirlər.

Domodedovo hava limanı dron hücumu təhlükəsi səbəbindən bağlanıb.


***
23:16

Rusiya paytaxtına dron hücunu həyata keçirilir.
Qarabaginfo.az  xəbər verir ki, paytaxtın cənub hissəsində güclü partlayış səsləri eşidilib.

Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə sistemləri tərəfindən beş pilotsuz uçuş aparatının vurulduğunu bildirib.


Geri dön