Ana Sayfa > Karusel / Dünya > Qazaxıstanda naməlum PUA partlayıb, hava məkanına nəzarət gücləndirilir
Qazaxıstanda naməlum PUA partlayıb, hava məkanına nəzarət gücləndirilirBu gün, 13:10. Yazar: Admin |
Müdafiə Nazirliyi Qərbi Qazaxıstan vilayətinin Burlinski rayonunda naməlum PUA-nın partladığını təsdiqləyib. Qarabaginfo.az “Tengrinews”a istinadən xəbər verir ki, PUA-nın qalıqları ucqar ərazidə, əhalinin yaşadığı ərazidən kənarda aşkarlanıb. Tələfat və maddi ziyan qeydə alınmayıb, hava məkanına nəzarət gücləndirilir. PUA-nın potensial sahibi ola biləcək xarici tərəfdaşlarla məsləhətləşmələrin aparıldığı bildirilir. Geri dön |