Ana Sayfa > Karusel / Kriminal > Yüz min manatlıq dələduzluqda ittiham edilən şəxsin cəzası azaldılıb

Yüz min manatlıq dələduzluqda ittiham edilən şəxsin cəzası azaldılıb


Bu gün, 12:02. Yazar: Admin

Yüz min manatlıq dələduzluqda ittiham edilən şəxsin cəzası azaldılıb

Bakıda vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq etməkdə təqsirləndirilən Natiq Kərimov barəsində olan hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Qarabaginfo.az xəbər veri ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, təqsirləndirlən şəxsin şikayəti təmin edilib, aşağı instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Təqsirləndirilən Natiq Kərimovun cəzası 6 ildən 5 ilə endirilib.

İttihama görə, təqsirləndirilən şəxs özünü Elm və Təhsil Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edib və zərərçəkmişi məktəblərin birinə direktor müavini təyin etdirəcəyinə vəd verib. Bunun qarşılığında zərərçəkmişdən 100 min manata yaxın pul alıb. Natiq Kərimov pulu almasına baxmayaraq vədinə əməl etməyib.

Qeyd edək ki, Natiq Kərimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə ittiham irəli sürülüb.


Geri dön