Ana Sayfa > Karusel / Səhiyyə > Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxma aşkarlanmayıb - RƏSMİ

Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxma aşkarlanmayıb - RƏSMİ


Bu gün, 11:59. Yazar: Admin

Picture background

Anadolu Universitetinin Bakı filialında təhsil alan Elnarə Həziyeva adlı şəxsin guya dabaq xəstəliyinə yoluxması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

Bu barədə Qarabaginfo.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb: "Hazırda ölkə ərazisində bu xəstəliklə bağlı insanlar arasında yoluxma faktı aşkarlanmayıb. Vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etsinlər. Eyni zamanda, media nümayəndələrindən xahiş edirik ki, ictimaiyyətdə əsassız narahatlıq yaratmamaq üçün yalnız rəsmi və dəqiqləşdirilmiş məlumatları yayımlasınlar".


Geri dön