Ana Sayfa > Karusel / Region > Kobaxidze Qaribaşvili ilə bağlı baş verənlərdən təəssüflənir
Kobaxidze Qaribaşvili ilə bağlı baş verənlərdən təəssüflənirBu gün, 11:21. Yazar: Admin |
“Baş verənlər böyük təəssüf doğurur. Bu mövzu ilə bağlı əlavə şərh vermək istəmirəm”. Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərin keçmiş hökumət başçısı İrakli Qaribaşvilinin dindirilməsi ilə bağlı sualına cavabında deyib. O, Baş nazir vəzifəsində çalışmağa başladığı tarixdən - 2024-cü ilin fevralın 8-dən hökumətin şəffaf fəaliyyət göstərdiyini qeyd edib. Kobaxdize məsələ ilə bağlı hər hansı şərh vermək fikrində olmadığını bildirib və jurnalistləri suallarını aidiyyəti qurumlara ünvanlamağa çağırıb. Qeyd edək ki, Qaribaşvili ötən gün Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilib. O, illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib. Geri dön |