Ana Sayfa > Karusel / Region > “Joxovurd”: II Qaregin həbs olunsa belə, katolikosluqdan imtina etməyəcək

“Joxovurd”: II Qaregin həbs olunsa belə, katolikosluqdan imtina etməyəcək


Bu gün, 10:58. Yazar: Admin

Katolikos II Qaregin

 

Bütün ermənilərin katolikosu II Qaregin həbs olunsa belə, katolikosluqdan imtina etməyəcəyini bəyan edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, II Qaregin bəyan edib ki, o, hətta həbsxanadan da Erməni Kilsəsinə rəhbərlik etməyə hazırdır və katolikosluqdan imtina etməyəcək.

Yazıda o da bildirilib ki, katolikos hüquq-mühafizə orqanları tərəfindən mümkün həbsi də daxil olmaqla, istənilən təzyiqə qarşı dayanmağa hazır olduğunu vurğulayıb.


Geri dön