Ana Sayfa > Karusel / Dünya > ABŞ-ın kommersiya neft ehtiyatları 423 mln. bareldən aşağı enib
ABŞ-ın kommersiya neft ehtiyatları 423 mln. bareldən aşağı enibBu gün, 10:41. Yazar: Admin |
ABŞ-da kommersiya neft ehtiyatları 961 min barel azalıb və 422 824 min barel təşkil edib. Qarabaginfo.az-in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib. Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 2 200 min barel artacağını proqnozlaşdırırdı. Qeyd edək ki, ABŞ-in neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir. Geri dön |