Ana Sayfa > Karusel / Dünya > Almaniyada atışma nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb
Almaniyada atışma nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıbBu gün, 08:49. Yazar: Admin |
Almaniyanın Hannover şəhərində iki qrup arasında baş verən silahlı qarşıdurma bir nəfərin ölümü, bir neçə nəfərin xəsarət alması ilə nəticələnib. Qarabaginfo.az “Bild” qəzetinə istinadla xəbər verir ki, polisin məlumatında bir neçə nəfər arasında başlayan mübahisənin qısa müddətdə silahlı qarşıdurmaya çevrildiyi, bir neçə dəfə atəş açıldığı bildirilib. Nəticədə bir nəfər aldığı güllə yarasından hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Yaralıların sayı və vəziyyəti barədə məlumat verilməyib. Geri dön |