Ana Sayfa > Karusel / Dünya > Türkiyə XİN: İsrailin ilhaq addımı beynəlxalq hüququ pozur

Türkiyə XİN: İsrailin ilhaq addımı beynəlxalq hüququ pozur


Bu gün, 08:30. Yazar: Admin

Türkiyə XİN: İsrailin ilhaq addımı beynəlxalq hüququ pozur

Türkiyə Xarici İşlər Nazirliyi İsrail parlamentinin işğal altındakı İordan çayının qərb sahilini ilhaq etmək cəhdini kəskin şəkildə pisləyib.

Qarabaginfo.az-ın Türkiyə bürosunun məlumatına görə, nazirlik bəyan edib ki, bu addım beynəlxalq hüquqa ziddir, o cümlədən regionda təhlükəsizlik və sabitliyi təhdid edir.

Bəyanatda Türkiyənin Fələstin xalqının hüquqlarını müdafiə etməyə və paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləməyə davam edəcəyi vurğulanıb:

“İsrailin bu addımı beynəlxalq hüququ pozur və etibarsızdır. Qəzzada sülh səyləri davam edərkən atılan bu təxribatçı addım regionda təhlükəsizlik və sabitliyi təhdid edir”.


Geri dön