Ana Sayfa > Karusel / Dünya > Bratislavada Rusiya neftini emal edən zavodda yanğın baş verib
Bratislavada Rusiya neftini emal edən zavodda yanğın baş veribBu gün, 08:24. Yazar: Admin |
Bratislavada Rusiya neftini emal edən zavodda yanğın baş verib Slovakiyanın paytaxtı Bratislavada, Macarıstanın MOL Group şirkətinə məxsus neft emalı zavodunda yanğın olub. Məlumata görə, müəssisə “Drujba” boru kəməri vasitəsilə Rusiyadan idxal olunan xam nefti emal edir. Bu, son iki gün ərzində Rusiya neftini emal edən Avropa zavodlarında baş verən üçüncü insidentdir. Belə ki, bazar ertəsi Rumıniyanın cənubundakı Ploeşti şəhərində yerləşən Petrotel-Lukoil zavodunda partlayış qeydə alınıb. Hazırda Bratislavadakı yanğının səbəbləri araşdırılır. Geri dön |