Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Aİ Serbiyadan Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edən qətnamə qəbul edib
Ana Sayfa > Karusel / Dünya > Aİ Serbiyadan Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edən qətnamə qəbul edib

Aİ Serbiyadan Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edən qətnamə qəbul edib


Dünən, 17:21. Yazar: Admin

Aİ Serbiyadan Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edən qətnamə qəbul edib

Avropa Parlamenti Serbiya ilə əlaqədar qətnamə qəbul edib.

Qarabaginfo.az  xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında bildirilib. Qətnamədə “Serbiyadakı demokratiya ilə bağlı vəziyyət” kəskin tənqid olunub.

Avropa Parlamentinin deputatları Serbiyanın Avropa İttifaqına üzvlüyünə dəstəyinin müəyyən şərtlər daxilində olacağını bildiriblər.

Bu şərtlərə demokratiyaya və qanunun aliliyinə hörmət, fundamental insan haqlarına riayət olunması, Serbiyanın Aİ-nin Ortaq Xarici və Təhlükəsizlik Siyasəti ilə tam uyğun hərəkət etməsi, eləcə də Rusiyaya qarşı sanksiyalara qoşulması daxildir.

Qətnamə 457 nəfərin lehinə, 103 deputatın əleyhinə və 72 nəfərin bitərəf qalması ilə qəbul olunub.


Geri dön