Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Vuçiç parlamentin yaxınlığında silahlı insidenti terakt kimi qiymətləndirir
Vuçiç parlamentin yaxınlığında silahlı insidenti terakt kimi qiymətləndirirDünən, 16:48. Yazar: Admin |
|
Serbiyada parlament binasının yaxınlığında baş vermiş hücum siyasi motivli teraktdır. Bu hadisə dövlətin təhlükəsizlik xidmətinin sabiq əməkdaşı tərəfindən xalqda panika yaratmaq üçün törədilib. Qarabaginfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuat konfransında deyib. Onun sözlərinə görə, hadisə ilə bağlı bir nəfər həbs olunub. Serbiya mətbuatının məlumatına görə, insident parlamentin ətrafında bir müddətdir çadır quran və hakim partiyanı dəstəkləyən aksiyaçıların yanında baş verib. Qəfildən atəş səsləri eşidilib və yanğın başlayıb, nəticədə bir nəfər yaralanıb. Hadisədən sonra əraziyə çoxlu polis və xüsusi antiterror qüvvələri yerləşdirilib. Geri dön |