Ana Sayfa > Karusel / Dünya > XİN rəhbəri ABŞ-la danışıqlar üçün İranın şərtini açıqlayıb
XİN rəhbəri ABŞ-la danışıqlar üçün İranın şərtini açıqlayıbDünən, 16:45. Yazar: Admin |
Amerika qeyri-məntiqi tələblərindən əl çəkmədiyi müddətcə, İran danışıqlar masasına qayıtmayacaq. Qarabaginfo.az İran mediasına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib. “ABŞ-la aparılan danışıqlar, o cümlədən Nyu-Yorkdakı dialoq Vaşinqtonun həddən artıq tələbləri səbəbindən dayandırıldı”, - Araqçi bildirib. Qeyd edək ki, İran XİN sözçüsü İsmayıl Bəqayi İran və ABŞ arasında son günlərdə vasitəçilər yolu ilə müəyyən mesajların müdabilə edildiyini, lakin danışıqlar prosesindən söhbət getmədiyini bəyan edib. Geri dön |