Ana Sayfa > Karusel / Region > Simonyan: II Qareqinin legitimliyini tanımıram

Simonyan: II Qareqinin legitimliyini tanımıram


Dünən, 16:19. Yazar: Admin

Simonyan: II Qareqinin legitimliyini tanımıram


Katolikos II Qareqinin legitimliyini tanımıram və onun rəhbərlik etdiyi strukturu qeyri-legitim sayıram.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan jurnalistlər üçün brifinqdə deyib.

"Katolikos kimdir? Mən belə bir şəxsi tanımıram. Bu adam öz andını pozub", – Simonyan bildirib.

Eçmiadzin tərəfindən keşiş Aram Asatryanın ruhanilikdən uzaqlaşdırılması və artıq Erməni Kilsəsi adından liturgiya keçirmək hüququnun olmaması ilə bağlı suala cavab verən Simonyan həmin strukturu qeyri-legitim adlandırıb:
"Bu, qeyri-legitim bir qurumdur. Qareqin Nersisyan (II Qareqin) başa düşməlidir ki, dediyi kimi, 'evlərimizə qədər gəlirlər', qoy bu işi son həddə çatdırmasın... Onsuz da gedəcək", – o əlavə edib.


Geri dön