Ana Sayfa > Karusel / Dünya > Suriya təhlükəsizlik qüvvələri fransız silahlıların düşərgəsini mühasirəyə alıb

Suriya təhlükəsizlik qüvvələri fransız silahlıların düşərgəsini mühasirəyə alıb


Bu gün, 16:07. Yazar: Admin

Suriya təhlükəsizlik qüvvələri fransız silahlıların düşərgəsini mühasirəyə alıb

Hökumət qüvvələri Suriyanın şimal-qərb hissəsində Fransadan olan silahlıların olduğu düşərgəni mühasirəyə alıb.

Qarabaginfo.az  “Əl Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, onlara fransız ekstremist Omar Diabi başçılıq edir.

Qeyd edək ki, ötən gecə Suriya təhlükəsizlik qüvvələri və fransız silahlılar arasında toqquşmalar yaşanıb.

“Əl Ərəbiyyə” toqquşmaların səbəbi kimi Suriya hökumətinin fransız silahlıları öz ölkələrinə qaytarmaq istəməsi ilə izah edir.

Qeyd edək ki, Omar Diabi 2016-cı ilin dekabrında beynəlxalq terrorçu elan edib. Onun barəsind həm də Fransa məhkəməsi tərəfindən həbs qərarı verilib.

Fransa mənbələrinin AFP-yə verdiyi məlumata görə, Diabinin qruplaşmasında təxminən 50 nəfər var.


Geri dön