Ana Sayfa > Karusel / Dünya > Zelenski Avropa İttifaqı Şurasının iclasında iştirak edəcək
Zelenski Avropa İttifaqı Şurasının iclasında iştirak edəcək22-10-2025, 14:20. Yazar: Admin |
|
Ukrayna Prezidenti Volodimir Zelenski sabah Avropa İttifaqı Şurasının iclasında iştirak edəcək Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta "X" platformasında bildirib. “Prezident Zelenskini sabah keçiriləcək Avropa İttifaqı Şurasında qarşılamaq mənim üçün böyük məmnuniyyət olacaq. Biz Ukraynaya dəstəyimizi daha da gücləndirməyin yollarını müzakirə edəcəyik”, - Koşta yazıb. Daha sonra o, Ukraynanı dəstəkləmək kimi öhdəliklərinin dönməz olduğunu qeyd edib: “Biz eyni zamanda, Ukraynanı gücləndirərək və Rusiyaya təzyiqləri artıraraq sülhə doğru irəliləyəcəyik”. Geri dön |