İsrail ordusunun Livanın Ain Qana bölgəsinə zərbələri nəticəsində Hizbullahın “Rizvan” xüsusi təyinatlılarının batalyon komandiri isa Əhməd Kərbəla öldürülüb.
Qarabaginfo.az bu barədə İsrail ordusuna istinadən xəbər verir.
Məlumata görə, sözügedən şəxs Livana silah transferində və İsrailə qarşı hücumlarda fəal iştirak edib.