Xarkovun Xolodnogorsk rayonuna PUA-ların zərbəsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Məlumata görə, hücum zamanı həmçinin uşaq bağçasında yanğın başlayıb və uşaqların təxliyəsi davam edir.
Xarkov meri İqor Terehov da özünün “Telegram” kanalında açıqlama verərək, hücumun Xolodnogorsk rayonundakı özəl uşaq bağçasına da edildiyini bildirib. Daha sonra o, bütün uşaqların bağçadan təhlükəsiz şəkildə çıxarıldığını və yanğının hələ də davam etdiyini qeyd edib.