Qurban Pirimov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru təyin edilib.
Qarabaginfo.az-ın əldə etdiyi məlumata görə, bu barədə mədəniyəti naziri Adil Kərimli əmr imzalayıb.
Qeyd edək ki, kinostudiyanın direktorunun vəzifələrini Azər Quliyev icra edirdi.
Xatırladaq ki, Qurban Pirimov bundan əvvəl Azərbaycan Kino Agentliyində direktor müavini vəzifəsini icra edib./Apa