Çin ABŞ-ı geridə qoyaraq Almaniyanın bir nömrəli ticarət tərəfdaşı olub.
Qarabaginfo.az “Reuters“ə istinadən xəbər verir ki, bu Almaniyanın statistika komitəsinin məlumatlarına göstərilib.
Belə ki, bu ilin yanvar-avqust aylarında Almaniyanın Çinlə ixracat və idxalatının ümumi həcmi 163.4 milyard avro təşkil edib.
Həmin dövrdə Almaniyanın ABŞ-la idxalat və ixracat həcmi isə 162.8 milyard avro təşkil edib.
Qeyd edək ki, ötən ilə qədər 8 il ərzində Çin Almaniyanın ən böyük ticarət tərəfdaşı idi.
Ötən il ABŞ Çinin 8 illik ənənəsini pozaraq Almaniyanın ən mühüm ticarət partnyoruna çevrildi.
İndi isə birincilik yenidən Çinə ötürülüb.